Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında operativ məlumatlara əsasən,elektrik enerjisinin istehsalı 25 932,5 mln. kVt·st, ixracı 1 255,3mln. kVt·st, idxalı 159,8 mln. kVt·st olub.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov“X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisininistehsalı su elektrik stansiyalarında 1 142,7 mln. kVt·st, günəşelektrik stansiyalarında isə 470,5 mln. kVt·st artıb. Bu dövrdəelektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrininpayı 14% olub", - deyə paylaşımda qeyd olunub.