RU

"Kəpəz"in forvardı üçün 30-cu qol

“Kəpəz”in futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə səfər görüşündə (1:2) qeydə alınıb.

O, 30-cu qolunu 169-cu matçında vurub. Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib.

O, oynadığı klublardan “Xəzər Lənkəran”la “Zirə”də qol hesabını açmayıb. Gəncə klubunun üzvü Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 102-ci oyunçudur. O, bu siyahıda Kamal Quliyev, Valter Quqlemon və Ceyhun Sultanovla 99-102-ci yerləri bölüşdürür. “Kəpəz” hazırda turnir cədvəlində 10 xalla doqquzuncudur.

saytlarin hazirlanmasi

Избранный
29
13
sportal.az

10Источники