RU

2025: İlan ili – 7 BÜRCÜN sevgidə bəxti gətirəcək

2025-ci il Çin təqviminə görə İlan ilidir və bu dövrdə bəzi bürclər sevgi həyatlarında xüsusi uğurlar əldə edə bilərlər.Deyirlər ki, İlan ili sirr və romantika ilə doludur. 

Bəs 2025-ci ildə bürcünüz sevgi həyatınızda hansı sürprizlər vəd edir?

KONKRET.az 2025-ci ildə sevgidə bəxti gətirəcək bürcləri təqdim edir:

QOÇ

2025-ci ildə Qoç bürcləri sevgi həyatlarında müsbət dəyişikliklər yaşayacaqlar. Astroloqlar Qoçlara sevdikləri insana qarşı həddindən artıq müdaxilə etməmələrini tövsiyə edir. Onlar partnyorlarına daha çox azadlıq verməklə, münasibətlərini daha da möhkəmləndirə bilərlər.

BUĞA

Buğa bürcləri üçün 2025-ci il taleyüklü ola bilər. Əgər hələ də həyatlarının sevgisini tapmayıblarsa, bu il onunla qarşılaşma ehtimalları yüksəkdir. Yay ayları xüsusilə romantik münasibətlər üçün əlverişli olacaq.

ƏKİZLƏR

İlan ili Əkizlər bürcü üçün romantik münasinətlərlə dolu olacaq. Onların ünsiyyətcillik və pozitivliyi əks cinsin diqqətini cəlb edəcək. Bu il həyata keşəcək evliliklərin  xüsusilə güclü olacağı proqnozlaşdırılır.

XƏRÇƏNG 

Xərçəng bürcləri üçün 2025-ci İlan ili sevgi tapmaq, güclü münasibət qurmaq və ya ailə qurmaq üçün çoxlu imkanlar vəd edir. Sevdikləri insanla romantik səyahətlər münasibətləri daha da möhkəmləndirəcək.

TƏRƏZİ

2025-ci ildə Tərəzi bürcləri üçün sevgi həyatında yeni imkanlar yaranacaq. Onlar kiminsə diqqət mərkəzində ola bilər və bu, taleyüklü bir görüş ola bilər. Bu il həyatlarının eşqini tapmaq şansları yüksəkdir.

OXATAN

Oxatan bürcləri 2025-ci ildə sevdikləri ilə münasibətlərini gücləndirə bilərlər. Əgər hələ də həyatlarının sevgisini tapmayıblarsa, bu il onunla qarşılaşma ehtimalları yüksəkdir.

BALIQLAR

2025-ci il Balıqlar üçün sevgi həyatında yeniliklər və romantik anlarla dolu olacaq. Onlar sevdikləri ilə münasibətlərini canlandırmaq və təzələmək üçün əla fürsətlər əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, astroloji proqnozlar ümumi xarakter daşıyır və hər bir fərdin şəxsi təcrübəsi fərqli ola bilər. Sevgi həyatında uğur qazanmaq üçün səmimiyyət, anlayış və qarşılıqlı hörmət əsas amillərdir./Yenisabah.az

Избранный
21
2
konkret.az

3Источники