RU

Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub

“Kəpəz”in futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi Misli Premyer Liqasının XVII turunun “Neftçi” ilə səfər görüşündə (1:2) qeydə alınıb. O, 30-cu qolunu 169-cu matçında vurub.

Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib. O, oynadığı klublardan “Xəzər Lənkəran”la “Zirə”də qol hesabını açmayıb.

Orxan Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 102-ci oyunçudur. O, bu siyahıda Kamal Quliyev, Valter Quqlemon və Ceyhun Sultanovla 99-102-ci yerləri bölüşür.

“Qarabağ” "Sumqayıt"a qarşı - YENİLƏNİR

Emreli oynadı, komandası uduzdu

Samir Abasov: “Belə şeylər ancaq mənim başıma gəlir”

Azər Bağırov: “Reallıqlarla barışmaq lazımdır”

“Neftçi”dən ev qələbəsi - YENİLƏNİB

Избранный
35
13
apasport.az

10Источники