RU

Əfsanə futbolla vidalaşdı

Vətəninfo.az xəbər verir ki, “Sevilya”nın əfsanəsi Xesus Navas Nervionda son ev matçını keçirib.

Bu, La Liqanın 17-ci turunda “Sevilya”nın “Selta” ilə mübarizə apardığı vaxt baş vermişdi.

“Sevilya” azarkeşləri klubun əfsanəsinin şərəfinə xüsusi plakat hazırlayıblar. Oyundan sonra doğma stadionu ilə vidalaşan Navas göz yaşlarını saxlaya bilməyib.

39 yaşlı yarımmüdafiəçi ilin sonunda futbolçu karyerasını başa vursa da, daha doğma stadionunda oynamayacaq. “Sevilya” ili dekabrın 22-də Madriddə “Real”la səfər oyunu ilə bağlayacaq.

İspaniyalı yayda “Sevilya” ilə ömürlük müqavilə imzalayıb. O, karyerasını başa vurduqdan sonra klubun inzibati vəzifələrindən birini tutacaq.

Избранный
18
veteninfo.az

1Источники