Naxçıvan, 16 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 16 min 726 nəfər Prezidentin aylıq təqaüdü, 17 min 561 nəfər sosial müavinətlə təmin edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin dövrdə əhaliyə Prezident təqaüdləri üzrə 25 milyon 909 min 477 manat, sosial müavinətlər üzrə isə 37 milyon 958 min 5 manat ödənilib.