RU

Qırmızı vərəqə alıb üzr İSTƏDİ

“Başakşehir” futbolçusu Ousseynou Ba Edin Dzeko, Başakşehir camaatı və komanda yoldaşlarından üzr istəyib.

Medianews.az “Mynet”ə istinadən xəbər verir ki, bu, Trendyol Super Liqasının 16-cı həftəsində “Fənərbaxça” doğma meydanda “Başakşəhər”i 3:1 hesabı ilə məğlub edən matçdan sonra baş verib.

Qarşılaşmanın ilk yarısının sonlarına yaxın Ba Edin Dzekonu başı ilə vurduğu üçün qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

Seneqallı futbolçu matçdan sonra sosial media hesabında paylaşım edərək, etdiyi hərəkətə görə üzr istəyib.

“Bu gün “Fənərbaxça” ilə səfər matçında qırmızı vərəqə ilə nəticələnən mövqeyə görə təəssüfləndiyimi bildirmək istəyirəm. Təəssüf ki, oyunun tempi və stadionun ab-havası səbəbindən qəbuledilməz hərəkət etdim. Bu səbəbdən meydançada əskik oldum, xüsusən də kobud oyuna məruz qalan rəqib oyunçu Edin Dzeko, geridə qoyduğum bütün komanda yoldaşlarımdan və Başakşehir camaatından üzr istəyirəm”, – deyə Ba bildirib.

Избранный
29
medianews.az

1Источники