RU

İsrailin Suriyadakı hərbi bazaya hücumundan sonra zəlzələ baş verib

İsrailin Suriyanın Tartusdakı hərbi bazasına endirdiyi zərbədən sonra 3 bal gücündə zəlzələ qeydə alınıb...

Poliqon The Times of Israel-ə istinadən xəbər verir ki, yeraltı təkanlar dünən axşam saatlarında Suriya sahilləri yaxınlığında qeydə alınıb.

İbranidilli media bunu İsrailin sahilyanı Tartus bölgəsində həyata keçirdiyi güclü zərbələr kimi izah edir.

Söhbət 3,1 bal gücündə zəlzələdən gedir. Zəlzələnin episentri Banias şəhərinin sahillərindən təxminən 28 kilometr aralıda yerləşib.

Zəlzələnin dərinliyi 32 kilometr olaraq ölçülür və yeraltı təkanların əslində partlayışlar nəticəsində baş verdiyinə dair heç bir təsdiq yoxdur.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İsrail aviasiyası bazar günü gecə Suriyanın sahil bölgəsində hava hücumundan müdafiə bölmələri, yer-yer raket anbarları və digər obyektləri hədəfə alaraq ağır zərbələr endirib.

Poliqon.info

Избранный
224
poliqon.info

1Источники