RU

İsveç yığmasının sabiq üzvü: "Qarabağ"ın bu qədər yaxşı oynadığını bilirdim"

Azərbaycanda oynamış azsaylı isveçlilərdən olan, İsveç yığmasının keçmiş üzvü Sebastyan Kastro-Tello Sportal.az saytına açıqlama verib.

O, Avropa Liqasının "Elfsborq" - "Qarabağ"(1:0) görüşünü şərh edib. 

Bununla yanaşı, veteran futbolçu və hazırda futbolçu agenti kimi çalışan Tello "Qarabağ"ın yaxşı futbol oynadığını deyib:

"Elfsborq"la oyunu izləyirdim. Əslində, onlar yaxşı komandadır və görünürdü ki, "Qarabağ"ı da ciddiyə alıblar, oyuna ciddi hazırlaşırlar. Bir neçə yoldaşlqı görüşünə çıxmışdılar. Onların avrokuboklardakı performansı pis alınmır. Düzdür, "Qarabağ" da güclü komandadır və "Elfsborq"la matçda də yaxşı çıxış etdilər. Lakin "Elfsborq" müdafiədə kompakt və etibarlı oynadı. "Qarabağ"ın heyətində çox yaxşı futbolçular var. Lakin “Elfsborq” onların qarşısını ala bildi. “Qarabağ” çox yaxşı futbol oynayır. “Elfsborq” pley-off mərhələsinə düşmək üçün 24-lüyə düşüb. Amma “Qarabağ”ın da şansı var. Məncə, onlar güclüdür və sona qədər mübarizə aparacaqlar. Təbii ki, "Qarabağ"ın bu qədər yaxşı oynadığını bilirdim. İsveçdə də yaxşı oyun göstərdilər".

“Hammarbü”, “Rəvan”(Bakı), “Degerfors”, “Nakka” klubları ilə yanaşı, İsveçin U-21 yığmasının şərəfini qoruyub.

saytlarin hazirlanmasi

Избранный
9
1
sportal.az

2Источники