RU

Cənubi Koreyada hakimiyyət boşluğu yaranıb – ÖZƏL

Cənubi Koreyada hakimiyyət böhranı yaşanır. Bu, ölkə parlamentinin prezident Yun Sok Yola impiçment qərarını dəstəkləməsindən sonra baş verib. 

Olaylar.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırkı siyasi vəziyyəti mürəkkəb adlandırmaq olar. Ölkəyə müvəqqəti lider kimi Baş nazir Xan Dok Su rəhbərlik edir. Lakin onun səlahiyyətləri seçki mandatına malik olmaması səbəbindən məhduddur. Bu səbəbdən hakimiyyət boşluğu bir neçə ay davam edə bilər.

"Yeni hökumət yalnız Konstitusiya Məhkəməsi Yun Sok Yolun vəzifəsinə qaytarılması və ya onun tamamilə uzaqlaşdırılması ilə bağlı qərarını verdikdən sonra formalaşa bilər. Bu proses altı aya qədər uzana bilər", - deyə qəzet qeyd edib.

Bundan əlavə, əgər prezidentin səlahiyyətləri tamamilə ləğv edilsə, növbəti prezidentin seçilməsi üçün daha iki ay tələb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники