RU

Fərid Qayıbov: Azərbaycan şahmatında kifayət qədər uğurlu nəticələr var

Bakı, 16 dekabr, AZƏRTAC

"Bu il Azərbaycan şahmatı üçün uğurlu alındı".

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının ilin yekunları ilə bağlı keçirdiyi tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, federasiya cari il ərzində aktiv şəkildə yerli və beynəlxalq yarışlar təşkil edib: "Paytaxta və bölgələrdə turnirlər keçirilib .Ən böyük yarış isə Şuşada Vüqar Həşimovun xatirəsinə həsr olunan memorial idi”.

O, ölkə şahmatında kifayət qədər uğurlu nəticələrin olduğunu vurğulayıb: “Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatındakı zəfəri isə tam başqa idi. Dövlətimizin şahmata qayğısı hər zaman yüksək səviyyədə olub. İstəyirik ki, Azərbaycan şahmatçıları gələcəkdə olimpiadalardan ölkəmizə medallarla geri dönsünlər".

 

Избранный
28
azertag.az

1Источники