RU

Ölkə üzrə qazlaşdırma prosesi mərhələli icra olunacaq - Baş nazir

Ölkə üzrə 3,4% ərazilərin qazlaşdırılması mərhələli şəkildə icra olunacaq. Bunu baş nazir Əli Əsədov dekabrın 16-da Milli Məclisdə çıxışı zamanı deyib. 
 
"Ölkə ərazisində qazlaşdırıma faizi 96,6%-dir. Bu MDB məkanında və regionlar ölkələr arasında ən yüksək səviyyədədir. Buna baxmayaraq yerdə qalan 3,4% ərazinin qazlaşdırılması növbəli şəkildə qazlaşdırılacaq. Bu istiqamətdə aiddiyatı qurumlar ilə müzakirələr aparılır. Paralel olaraq Qarabağda qazlaşdırılma layihələri də icra olunur. Həmçinin Naxçıvanda qazlaşdırma səviyyəsi yüz faiz olmasına baxmayaraq Türkiyə ərazisindən ikinci xətt çəkilir", - baş nazir çıxışında bildirib. 
 
Baş nazir qazlaşdırma ilə bağlı deputatların bundan əvvəlki çıxışlarına münasibət olaraq bildirib ki, "büdcədən gözləntilər həmişə çox olur, qaldırılan məsələlərin hamısını bir il ərzində icra etmək mümkün deyil."
 
Bundan əvvəl Milli Məclisin iclaslarında deputatlar seçildikləri ərazilərə təbii qazın çəkilməsini, eləcə də dağlıq ərazilərdə qaz limitinə güzəştlərin tətbiq edilməsini təklif ediblər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
43
anews.az

1Источники