Azərbaycan şahmatçıları İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq turnirdə çıxışlarını davam etdirirlər.
İdman.biz xəbər verir ki, dördüncü turda Ayan Allahverdiyeva Laçan Vanqa (Avstraliya), Səbinə İbrahimova Bob Hollimana (ABŞ) qalib gəlib, Lalə Hüseynova isə Dominqo Valbonaya (İspaniya) məğlub olub.
Nəticədə Allahverdiyeva üç xal toplayaraq 28-ci yerə yüksəlib, İbrahimova 99-cudur (2,5 xal), Hüseynovanın isə cəmi bir xalı var.
İdman.biz