RU

“Sənət estetika məsələsidir”

“Sənət estetika məsələsidir. Estetikasız necə ola bilər? Siz bu misranı bir təsəvvür edin: “Neftlə getdi bəkarətin, borular keçdi səndən…” nə deməkdir bu? Bu nə metaforador? Bu nədir?”

Dərgi.az xəbər verir ki, bu sözləri şair Şəhriyar del Gerani dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında qonaq olarkən söyləyib. Gerani Xalq şairi Ramiz Rövşənin “Səni sevmək çətindir, Vətən” şeirini müzakirə edərkən, misraların qeyri estetik olduğunu bildirib:

“Hələ bu şeirdə növbəti cümlə “Sənə sevgim zorlanmış qızı sevməyə bənzər…” bu nədir? Zorlanmış qızı sevmək nə deməkdir? Ona görə deyirəm ki, sənət özü estetika təklif etməlidir. Yəni, Azərbaycan xalqının düşüncəsində olan biyabırçılıqları götürüb şeirə gətirmək və oradan xal tutmaq böyük şairə yaraşmaz. Zorlanmış qızı sevməkdə nə var ki, indi zorlayıblarda nə olsun? Mənim bir müəllif kimi Ramiz Rövşənin bu şeiri xoşuma gəlmir, mən onun böyüklüyünü başqa yerlərdə görürəm. Məsələn, onun “Ay işığı” şeiri dərsliyə salınası şeirdir”.

 

Избранный
55
1
dergi.az

2Источники