RU

Aİ yüksək səviyyəli diplomatik nümayəndə heyətini Dəməşqə göndərib

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ-nin bu gün Dəməşqə diplomatik nümayəndə heyəti göndərəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki,Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ bu gün Dəməşqə yüksək səviyyəli diplomatik nümayəndə heyəti göndərəcək və xarici işlər nazirləri yeni administrasiya ilə qurulacaq əlaqələri müzakirə edəcəklər.

Kallas, vəzifəyə gəldikdən sonra sədrlik edəcəyi ilk Aİ Xarici İşlər nazirləri yığıncağının girişində mətbuata açıqlama verib.

Nazirlərin gündəmindəki ilk maddənin Suriyadakı inkişaflar olacağını ifadə edən Kallas, “Suriyadakı ən yüksək səviyyəli diplomatımız bu gün Dəməşqdə olacaq” deyib.

Ali Nümayəndə qeyd edib ki, Suriyada Baas rejimindən sonra qurulacaq yeni administrasiyanın hərəkətləri Aİ-nin qarşıdakı həftələrdə atacağı addımlarda həlledici olacaq.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
1
turkustan.az

2Источники