Fransanın PSJ klubu qış transfer dönəmində iki futbolçusu ilə yollarını ayıra bilər.
Msport.az xəbər verir ki, bu barədə “Footmercato” nəşri məlumat yayıb.
Hücumçusu Randal Kolo Muani və müdafiəçi Milan Şkrinyarın yanvarda Paris təmsilçisini tərk etmək ehtimalı var.
Hər iki oyunçu heyətdən kənarda qaldıqdan sonra bu qərara gəlib.
Qeyd edək ki, onların klubla müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir