Türkiyənin Aydın şəhərində sərnişin qatarı 64 yaşlı azərbaycanlı Həcər Cavadzadəni vurub.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, bu gün səhər saat 08:30 radələrində Dənizli-İzmir istiqamətində hərəkət edən sərnişin qatarı azərbaycanlını keçidin yaxınlığında vurub.
H.Cavadzadə təcili tibbi yardımla Aydın Adnan Menderes Universiteti Xəstəxanasına çatdırılıb.
Yaralının həyati təhlükəsinin olmadığı bildirilir.
(Diaspora.TV)