RU

Avropa İttifaqı 15-ci anti-Rusiya sanksiyalar paketini qəbul edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni məhdudiyyətlər Rusiya Federasiyası, Çin və Şimali Koreyadan olan 84 fiziki şəxsə və şirkətə, o cümlədən Rusiya neftini başqa ölkələrə daşıyan tankerlərə şamil edilib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya iqtisadiyyatı Qərbin görünməmiş sanksiya təzyiqlərinə baxmayaraq, böyüməyə davam edir. Rusiya lideri qeyd edib ki, ölkə xarici məhdudiyyətlərə baxmayaraq, dünya tarixində ən böyük sahəyə çevrilmiş bir çox sektorlarda inkişafını davam etdirir.

Musavat.com

Избранный
23
musavat.com

1Источники