RU

ADA Universiteti və “PAŞA Bank” yeni sosial layihəyə başlayır – FOTO 

ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və “PAŞA Bank” qadınların peşəkar inkişafını dəstəkləmək, onlara müasir əmək bazarının tələblərinə uyğun bacarıqlar qazandırmaq üçün yeni sosial layihəyə start verir. Layihənin hədəf kütləsi müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olan sahibkar qadınlardır.

Qadınların sosial həyatdakı önəmini, biznes mühitinin inkişafına təsirini nəzərə alaraq irəli sürülən bu layihə onları müsbət istiqamətdə dəyişimə, tərəqqiyə təşviq edir. Həmçinin qadınları cəmiyyətin inkişafına fayda verən aparıcı qüvvələrə çevrilməyə, yalnız özləri üçün deyil, digərləri üçün də faydalı olmağa ruhlandırır.

Bu məqsədlərə nail olmaq üçün layihə çərçivəsində müxtəlif mövzularda sessiyalar təşkil ediləcək. Belə ki, maliyyə, liderlik, kommunikasiya, sahibkarlıq və digər mövzularda bilik və bacarıqların artırılması üçün millət vəkillərinin, eləcə də korporativ sektordan olan peşəkarların iştirakı ilə interaktiv təlimlər keçiriləcək. Bununla yanaşı, qadınların yaradıcı qabiliyyətlərinin, mənəvi keyfiyyətlərinin aşkarlanmasına dəstək göstərən incəsənət və yoqa dərsləri də baş tutacaq.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva bildirib: “Daimi tərəfdaşlarımızla birgə ötən ildən etibarən üzərində işlədiyimiz bu layihə qadınların sosial və peşəkar mühitdə rolunu gücləndirməyi və onları öz səriştələri ilə cəmiyyətə əlavə dəyər gətirən şəxslərə çevirməyi hədəfləyir.”

DOĞRU.AZ

image-img-20241216-wa0069 image-img-20241216-wa0067 image-img-20241216-wa0070 image-img-20241216-wa0072 image-img-20241216-wa0068 image-img-20241216-wa0073 image-img-20241216-wa0074 image-img-20241216-wa0075 image-img-20241216-wa0076 image-img-20241216-wa0077

Избранный
16
4
dogru.az

5Источники