İspaniya La Liqasının 17-ci turunda evdə autsayder “Leqanes”lə oyun Kataloniya nəhəngi “Barselona” üçün xoşagəlməz bitib.
Arena.az məlumat verir ki, “blauqrana” bu oyunda gözlənilmədən 0:1 hesabı ilə məğlub olub.
Bu, cari mövsümdə Kataloniya klubunun bütün yarışlarda ev oyunlarında ardıcıl ikinci məğlubiyyətidir. Bununla da İspaniya nəhəngi XXI əsrdə klub antirekordunu təkrarlayıb. Artıq üçüncü müvafiq haldır ki, XXI əsrdə bu komanda evdə ardıcıl iki oyunda məğlub olub.
Buna qədər, ispan mütəxəssis Xavinin çalışdırdığı “blauqrana” 2022-cü ildə evdə ardıcıl üç məğlubiyyət yaşamışdı. Eləcə də 2003-cü ildə serb mütəxəssis Radomir Antiçin rəhbərlik etdiyi kollektiv ardıcıl iki ev oyununda məğlub olmuşdu.
Xatırladaq ki, “Leqanes”lə oyundan əvvəl “Barselona” evdə “Las Palmas”a məğlub olmuşdu – 1:2.
18 oyundan 38 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlində zirvədə qalsa da, bu, şərti xüsusiyyət daşıyır. Belə ki, indi, 17 oyundan 38 xalla 2-ci pillədə qərarlaşmış Madrid “Atletiko”su yarış cədvəlinin mümkün lideri üstünlüyünü qazanıb.