Azərbaycan İstanbulda turizm üzrə nümayəndəlik açacaq.
Fins.az xəbər verir ki, bu barədə "Şahdağ"da ilin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın Moskvada və Təl-Əvivdə turizm bürolarının nümayəndəlik ofisləri fəaliyyət göstərir.
“Bundan əlavə, Hindistan və Çində də təmsilçilik ofislərimiz mövcuddur,” – deyə C.Bayramov bildirib.
Fuad Mədətov
Fins.az