RU

Ukrayna müharibədə 1 milyon insan itirib

Rusiyanın müdafiə naziri Andrey Belousov diqqət çəkən açıqlamalar verib. O, qeyd edib ki, 2024-cü ildə Ukrayna qoşunları 560 min canlı qüvvə itirib. Söhbət ölü və yaralılardan gedir. Nazir bu barədə Kremlin Teleqram kanalında yayımlanan Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında məlumat yayıb.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat (SVO) başlayandan bəri Ukrayna Silahlı Qüvvələri demək olar ki, 1 milyon insan itirib.

O, həmçinin qeyd edib ki, bu ilin əvvəlindən Ukrayna qoşunları 58 min ədəd silah və hərbi texnika itirib, onlardan 18 mini xarici istehsal olub.

Rusiya prezidenti Vladimir Putin isə Müdafiə Nazirliyinin iclasında bildirib ki, 2024-cü il Ukraynada xüsusi əməliyyatın məqsədlərinə nail olmaq baxımından əlamətdar il olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural
Избранный
61
news365.az

1Источники