RU

Prezident Suriyaya humanitar dəstək olduğunu bəyan edib

Azərbaycan Suriya xalqına humanitar problemlərin həllində dəstək göstərməyə hazırdır. bunu Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən deyib.

"Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu qeyd edib", - məlumatda deyilir. 
 
Bundan əvvəl Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Suriya ilə dostluq münasibətlərini quracaq.
 
Dekabrın 8-də  gecə Suriyanın hökumət əleyhinə qüvvələri Dəməşqi nəzarət altına aldıqlarını və Əsəd rejimini devirdiklərini elan ediblər. Prezident isə ölkəni tərk edib və Rusiyada sığınacaq alıb.
 
Hazırda bir çox ölkələr Suriyada dəstək verməyə hazır olduqlarını bəyan ediblər. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Избранный
31
36
anews.az

10Источники