RU

“Sobsan” 25 illik yubileyini möhtəşəm qala gecəsi ilə qeyd etdi - Fotolar

25 il əvvəl 1999-cu ildə Qafqazın və Müstəqil Azərbaycanın ilk yerli boya markası olan “Sobsan” istehsal həyatına qədəm qoydu və bu illər ərzində yüksək keyfiyyət, innovativ məhsul seçimi imkanları və müştəri məmnuniyyətinə əsaslanan yanaşması ilə boya sənayesinin güvənilən markasına çevrildi. 

14 Dekabr tarixində Four Seasons oteldə markanın 25 illik fəaliyyətinə həsr olunmuş qala gecəsi  təntənəli şəkildə qeyd olundu. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Gecədə bir sıra dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, xarici qonaqlar, partnyor şirkətlərin təmsilçiləri, media nümayəndələri və tanınmış incəsənət adamları iştirak etdi.
Tədbirdə çıxış edən şirkətin həmtəsisçisi Zöhrab Səbzəliyev açılış nitqi ilə qonaqları salamladı və “Sobsan”ın 25 illik yubileyində təkcə keçmiş uğurlarından deyil, həm də gələcək hədəf və perspektivlərindən bəhs edərək yerli bazarla yanaşı beynəlxalq bazarda da öz mövqeyini daha çox gücləndirmək əzmində olduğunu vurğuladı. 15 ölkəyə olan uğurlu ixrac fəaliyyətindən söz açdı.

Daha sonra  “Sobsan”ın 25 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi oldu. Bir sıra qonaqlar - “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli, “Xəzər Media Mərkəzi”nin Reklam və Marketinq departamentinin  direktoru Gökhan Özkundakçı, “Sobsan Boya”nın Özbəkistan Respublikası üzrə partnyoru Timur Mirpoladov və başqaları yubiley münasibətilə təbrik çıxışları edib. Gecə məşhur incəsənət ustalarının bir-birindən maraqlı ifaları ilə daha da rəngarəng və unudulmaz oldu.

Sobsan - Dünya Boyandıqca Gözəldir! 

www.sobsan.com 







Избранный
14
3
qafqazinfo.az

4Источники