2024-cü ildə Rusiya hava hücumundan müdafiə sistemləri 215 ATACMS raketini vurub. Bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.
Bundan əlavə, bu il 86 "Storm Shadow" və "Scalp" qanadlı raketi, 1629 HIMARS raketi və 27 mindən çox pilotsuz təyyarə vurulub.
"Ümumiyyətlə, hava hücumundan müdafiə sistemləri hava hücumu zamanı yüksək effektivlik nümayiş etdirib", - Belousov Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural