Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy Slovakiya prezidenti Petr Pelleqrininin Kiyevin münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacağı ilə bağlı sözlərinə cavab verib. XİN nümayəndəsi Slovakiya torpaqlarının işğalçıya verilməsi zaman baş verənləri xatırladıb.
"Slovakiya torpaqlarının sonuncu dəfə sülh naminə təcavüzkara verilməsinin sonu yaxşı olmadı və bu nə slovaklara, nə də digər xalqlara sülh gətirmədi", - Tixiy deyib.
Ehtimal edilib ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Adolf Hitler, Böyük Britaniyanın baş naziri Nevil Çemberlen, Fransanın baş naziri Eduard Daladier və İtaliyanın baş naziri Benito Mussolini arasında bağlanmış 1938-ci il Münhen sazişinə içarə vurub. Həmin razılaşmaya görə Çexoslovakiya Sudetanı nasistlərə verməli idi.
Xatırladaq ki, bundan əvvəl Slovakiya prezidenti bəyan etmişdi ki, Ukrayna münaqişəni həll etmək üçün öz ərazilərinin bir hissəsindən imtina etməli olacaq. Dövlət başçısının sözlərinə görə, Ukraynada sülhdən danışmaq üçün realist olmaq lazımdır.
Tural