RU

"Kızılcık Şerbeti"nin aktrisası: "Həyatımda sevgi var"

"Mənim eqomu sevgidən başqa heç nə qıra bilməzdi. O hiss gələndə sərhədləri belə aşırsan. Hazırda eqomun qırıldığı bir dövrdəyəm. Çünki həyatımda sevgi var".

Teleqraf.com xəbər verir ki, bunu son dönəmin məşhur aktrisalarından biri, "Kızılcık Şerbeti"nin Kıvılcımı Evrim Alasya deyib.

Hazırda rol aldığı “Sevgi bitərmi?” tamaşasında tərəf-müqabili, aktyor Kərəm Alışıkla sevgili olan aktrisa məhəbbətə inandığını dilə gətirib:

“Bu həyatı yaşadan tək şey sevgidir. Mən peşəmi də çox sevən insanam”

45 yaşlı aktrisa plastik əməliyyat etdirmədiyini açıqlayıb.

"Mən bir az qorxaq adamam. Təbii olanı sevirəm. Doğuşdan avantajlıyam, özümə də baxan biriyəm. Siqaret çəkmirəm və spirtli içki qəbul etmirəm".


Müəllif: Pərvin Cəfərova
Избранный
5
teleqraf.com

1Источники