RU

Rusiya hərbçiləri Suriya ərazisini tərk edir

Rusiya yaxın bir ay ərzində qoşunlarını Suriyadan tamamilə çıxarmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, son iki gündə Rusiya kontingentinin təxminən 10%-i Suriyanı tərk edib. Təxliyyə Rusiya nəqliyyat aviasiyasının İl-76 və An-22 təyyarələri ilə gündə iki və ya üç uçuş həyata keçirən Xmeymim aviabazasından həyata keçirilir. Bundan əlavə Tartus limanından çıxan Rusiya gəmiləri Şimala doğru istiqamət götürürlər. Rusiya ordusu həmçinin İsrail sərhədinə yaxın Quneytra əyalətində 7 müşahidə məntəqəsini tərk edib. Bu da Rus hərbçilərinin  Homsun şərqindəki “T4” hərbi hava limanından geri çəkilməsi ilə eyni vaxta düşüb. Həsəkə vilayətinin şimal-şərqində yerləşən Qamışlı hava limanındakı bəzi hərbi texnikalar da Rusiyaya göndərilmək  üçün bazaya köçürülüb. Mənbələr həmçinin Qamışlı hava limanında yeddi təyyarənin (6 Su-34 və bir An-22 təyyarəsi) olduğunu bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
64
konkret.az

1Источники