RU

Suriyada kütləvi məzarlıq aşkarlanıb – 75 min insanın burada basdırıldığı təxmin edilir + FOTOLAR

Suriyada Dəməşq yaxınlığında kütləvi məzarlıq tapılıb.

Hurriyyet.az xəbər verir ki, Dəməşq hava limanının arxasındakı Hüseyniyyə bölgəsində yerləşən məzarlıqdan 75 min insanın basdırıldığı iddia edilir.

İlkin ehtimallara görə, Bəşər Əsədin “ölüm düşərgəsi” kimi bilinən - Sednaya həbsxanasında dözülməz və ağır işgəncələr səbəbindən ölən məhbusların cəsədləri bu ərazidə basdırılıb.

Məlumata görə, Əsəd dönəmindən bu ərazidə gündəlik 400 məhbus basdırılıb.

Qeyd edək ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar başlayıb. Qruplar 30 noyabr-7 dekabr tarixləri arasında Hələb, İdlib, Həma və Homs kimi şəhərləri ələ keçiriblər. Dekabrın 7-də paytaxt Dəməşqin tutulması ilə birlikdə Baas Partiyasının 61 illik hakimiyyəti sona çatıb və rejim lideri Bəşər Əsəd paytaxtdan qaçıb.

Azpolitika.info

Избранный
17
1
hurriyyet.az

2Источники