RU

"Bu il 13 min 545 yanğın hadisəsi baş verib"

2024-cü ildə respublika üzrə il ərzində 13 min 545 yanğın baş verib.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.

O bildirib ki, Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb:

"Bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib.

Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib".

FHN-nin amfibiya təyyarəsi bu il yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb

Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatlarında fəal iştirak edib.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.

O bildirib ki, Türkiyənin müxtəlif bölgələrdə uçuşlar həyata keçirərək yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb və qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib.

Избранный
3
17
marja.az

10Источники