RU

Rusiyaya qaçan Bəşər Əsəddən ilk açıqlama

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dekabrın 8-də axşama qədər Dəməşqdə qaldığını və həmin gün ölkəni tərk etdiyini təsdiqləyib.

Milli.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Əsəd Suriyada baş verən hadisələr zamanı heç vaxt istefa vermək və ya qaçmaq fikrində olmadığını bildirib.

Qeyd edək ki, dekabrın 7-də HTŞ-nin Dəməşqə girməsi ilə Baas Partiyasının hakimiyyəti sona çatıb və rejim paytaxtdan qaçmışdır. Həmçinin, Suriya Milli Ordusu PKK/YPG-nin nəzarətində olan Tel-Rifatı azad edərək bölgədəki terror yuvasını təmizləyib. 

Nərmin
Milli.Az

Избранный
29
4
milli.az

5Источники