RU

Hakan Fidan Suriyadaki hadisələrlə bağlı “Al-Hadath” televiziya kanalına müsahibə verib

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan İsrailin Suriyanın devrilmiş lideri Bəşər əl-Əsədin ölkədən getməsini heç vaxt istəmədiyini bildirib. O, Səudiyyə Ərəbistanı mərkəzli "Al-Hadath" televiziya kanalına verdiyi müsahibədə Suriyadakı son vəziyyəti dəyərləndirib. 

Hakan Fidan İsrailin Əsədlə yaxın münasibətinə toxunaraq deyib: “İsrail heç vaxt Bəşər Əsədin getməsini istəmədi. İsrail onun iranlılara verdiyi şəraitdən narazı idi, lakin Əsədin ümumi mənada onun üçün faydalı bir rol oynadığını bilirdi.” İsrailin Əsəd rejimi ilə hər hansı bir problemi olmadığına diqqət çəkən Fidan əlavə edib: “İsraildən Suriyaya hərbi əməliyyat gördünüzmü? Görmədiniz. İsrailin həyata keçirdiyi bütün hərbi əməliyyatlar İranlı milislərə qarşı idi.” 

Xarici işlər naziri əlavə edib: “Bəşər Əsəd geri çəkilib İranla İsrailin onun torpaqlarında döyüşməsini izləyirdi. Suriya müxalifəti 6-7 il əvvəl Dəməşqdə indiki etdiklərini edərkən həmin dövrdə Co Bayden Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti idi və Türkiyəyə gəldi. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə görüşdü və Bəşər əl-Əsədin getməsini istəmədiklərini dedi.” 

Hakan Fidan son olaraq “Biz bilirik ki, bu, əslində Baydenin deyil İsrailin bir fikri idi” ifadələrini işlədib.



Избранный
22
trt.net.tr

1Источники