RU

Bəşər Əsəddən bəyanat YAYDI

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bəyan edib ki, dekabrın 8-i erkən səhər saatlarına qədər Dəməşqdə qalıb və ölkəni tərk etməyi planlaşdırmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri onun mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

B.Əsəd silahlı müxalifətin hücum etdiyi günlərdə istefa verməyi düşünmədiyini və sığınacaq istəmək niyyətində olmadığını iddia edir. Silahlıların Dəməşqə girməsindən sonra o, döyüş əməliyyatlarını izləmək məqsədilə rus müttəfiqləri ilə əlaqələndirilmiş şəkildə Suriyanın Latakiya əyalətinə (Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi) getdiyini və axşam Rusiyaya uçduğunu bildirib.

Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçularun ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.

Избранный
22
9
operativmm.az

10Источники