RU

ADA Universiteti hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir (FOTO)

Bakı. Trend:

ADA Universiteti ixtisasları sırasına daha birini əlavə edərəkhüquqşünaslıq üzrə magistr proqramını təqdim edir.

Trend xəbərverir ki, Azərbaycanda hüquq təhsilinin inkişafında mühüm rol yeralacaq bu proqramın təqdimatını keçirmək, həmçinin ictimaiyyətiməlumatlandırmaq məqsədilə dekabrın 16-sı Açılış tədbirikeçirilib.

ADA Universitetinin akademik portfelində xüsusi yerə malikolacaq və hüquq təhsili sahəsində beynəlxalq standartlara cavabverəcək bu yeni proqramın təqdimatında Hüquq fakültəsinin dekanıRəşad İbadov qonaqları salamlayıb, proqramın yenilikçi və müasiryanaşması, milli hüquq sisteminin inkişafına verə biləcəyitöhfələrdən bəhs edib.

Qeydiyyat və Tələbə xidmətləri üzrə prorektor Günay Ziyadovaçıxışı zamanı proqramın ADA Universitetinin təhsildə mükəmməllikmissiyası ilə olan əlaqəsinə, akademik kurrikulum vasitəsilətələbələri yerli və beynəlxalq əmək bazarına hansı formadahazırlayacağına, eləcə də qəbul və seçim meyarlarına toxunub.

Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov yeni proqramıntədris planı, metodu və strukturundan, habelə müasir çağırışlaracavab verən hüquqşünaslar yetişdirmək üçün nəzərdə tutulan nəzərivə praktiki yanaşmasından söhbət açıb.

Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov proqramın hüquqiislahatları irəli aparmaq və karyera inkişafını dəstəkləmək kimivacib ehtiyacları hansı formada qarşılayacağını açıqlayıb.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının ədliyyənaziri və ADA Universitetinin Hüquq fakültəsinin müəllimi FəridƏhmədov Azərbaycanın müasir hüquq sistemindəki islahatları vəonların təhsil sisteminə müsbət təsirini vurğulayaraq, təqdimedilən magistr proqramını ölkəmizdə beynəlxalq standartlarda hüquqtəhsili vermək üçün atılan strateji addım kimi qiymətləndirib.

Tədbirdə yekun nitqlə çıxış edən Rektor Hafiz Paşayev vurğulayıbki, peşəkar hüquqşünaslara olan ehtiyacı nəzərə alan, müvafiqsahədəki boşluqları doldurmaq səylərini dəstəkləyən ADAUniversiteti bu yeni proqramı yalnız akademik nailiyyət kimi deyil,Azərbaycanın və onun aid olduğu regionun hüquq sisteminingələcəyinə edilən elmi investisiya kimi dəyərləndirir.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Избранный
6
6
az.trend.az

7Источники