RU

Baş nazir prokurora izahat VERƏCƏK – Kosovoda

Separatçı Kosovonun Xüsusi Prokurorluğu bazar ertəsi Baş nazir Albin Kurtini qeyri-müəyyən bir iş üzrə ifadə verməyə çağırıb. Onun tərəfdarları isə ölkənin seçkilərə hazırlaşdığı bir dövrdə bu addımı siyasi motivli hesab ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri məlumat yayıb.

Prokurorluğun sözçüsü Liridona Kozmakinin bildirdiyinə görə, Kurti hazırda xaricdə səfərdədir və ifadə üçün başqa tarix təyin olunacaq. Lakin o, məsələnin təfərrüatları barədə açıqlama verməkdən imtina edib.

Baş nazirin sözçüsü Perparim Krieziu isə ötən həftə “Facebook”da bildirib ki, Albin Kurti Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə” ilə bağlı 414-cü maddəsi çərçivəsində ifadə verməyə çağırılıb. Krieziu bu çağırışı “2025-ci il seçkilərinin nəticələrinə təsir etmək cəhdi” kimi dəyərləndirib və siyasi motivli bir addım adlandırıb.

Xatırladaq ki, Kosovoda parlament seçkiləri fevralın 9-na təyin edilib. Bu seçkilər, 2021-ci il seçkilərində böyük qələbə qazanan baş nazir Kurti və onun solçu “Müqəddərat Hərəkatı” partiyası üçün mühüm bir sınaq olacaq. Seçkilərdə əsas namizədlərdən biri Kosovo Demokratik Partiyasıdır. Onun əsas liderləri Haaqada hərbi cinayətlərdə ittiham olunaraq mühakimə olunur. Digər namizəd isə İbrahim Ruqovanın rəhbərliyi altında əhəmiyyətli dəstək toplamış, lakin onun ölümündən sonra populyarlığını itirən Kosovo Demokratik Liqasıdır.

Seçkilərin ən önəmli məsələlərindən biri isə 2011-ci ildən Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən, lakin böyük irəliləyiş əldə olunmayan Serbiya ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlardır. Bu proses, hər iki ölkənin Aİ-yə üzvlük məqsədi üçün böyük əhəmiyyət daşıyır.

Избранный
28
yenicag.az

1Источники