RU

Bəşər Əsəddən ilk açıqlama: Suriyadan necə çıxıb?

Müxalif qüvvələrin Dəməşqə hücumundan sonra Suriyanı tərk edən Bəşər Əsəd ilk dəfə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, keçmiş prezident vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək imkanını düşünmədiyini deyib. O iddia edib ki, dekabrın 8-i səhər tezdən - silahlı dəstələr paytaxta yaxınlaşanda - Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib. 

Bu, onun hakimiyyət dəyişikliyindən sonra ilk açıq bəyanatıdır.

Bəşər Əsədin mətbuat xidmətinin "Telegram" kanalında yaydığı bəyanatda deyilir ki, yaraqlılar Dəməşqə sızdıqdan sonra o, Suriyanın Latakiya əyalətinə (Rusiyanın Xmeymim aviabazası orada yerləşir) istiqamət alıb. Onun paytaxtdan gedişi "Rusiya müttəfiqləri ilə razılaşdırılaraq və hərbi əməliyyatların sonrakı monitorinqi məqsədilə" həyata keçirilib. Həmin gün axşam Rusiyaya uçib.

Bəşər Əsədin sözlərinə görə, o, paytaxtın silahlılar tərəfindən zəbt edilməsindən Dəməşqi tərk etdikdən sonra xəbər tutub. Əsəd "terrorçular" tərəfindən ələ keçirilən ölkədə prezident olaraq qalmağı mənasız hesab edib. Bəşər Əsədin dediyinə görə, onun gedişindən əvvəl "son hərbi mövqelərin dağıdılması və bunun nəticəsində bütün dövlət qurumlarının iflic olması" baş verib.

"Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və bəzilərinin iddia etdiyi kimi, döyüşlər gedən son saatlarda baş vermədi", deyə Əsəd bildirib.

Bundan əvvəl "Reuters" mənbələrə istinadən yazıb ki, dekabrın 7-də, yola düşməzdən bir neçə saat əvvəl cənab Əsəd kəşfiyyat xidmətlərinin və ordunun 30 yüksək rütbəli nümayəndəsi ilə görüşdə Rusiya hərbi qüvvələrinin "artıq yolda" olduğuna inandırıb. Eyni zamanda, agentliyin məlumatına görə, həmin gün axşam o, Rusiya aviabazasına yola düşüb. "Bloomberg" bir neçə adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, müxaşifət Dəməşqə yaxınlaşarkən Rusiya Bəşər Əsəd və onun ailəsini dərhal tərk etməyə razılıq verərsə, təhlükəsiz təxliyə təklif edib.

Aydın
Избранный
8
1
qaynarinfo.az

2Источники