RU

"Daşınar əmlakın yüklülüyü haqqında" Qanuna dəyişiklik edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, fərmanla "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilir:
- 5.1.5-ci yarımbəndə "təsviri" sözündən sonra ", habelə bildirişi daxil edən şəxs tərəfindən müəyyən edildikdə daşınar əmlakın seriya nömrəsi" sözləri əlavə edilir;
- 11.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 11.1.6-cı yarımbənd əlavə edilir:
"11.1.6. yüklülük predmeti olan daşınar əmlakın seriya nömrəsi (olduqda)".
Nazirlər Kabinetinə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.
Избранный
27
1
oxu.az

2Источники