“Goldman Sachs” iqtisadçıları FED-in yanvar iclasında uçot dərəcələrinə toxunmayacağını proqnozlaşdırıblar.

İndex.az xəbər verir ki, bank iqtisadçılarının qeydlərinə görə, rəsmilərin uçot dərəcələrini azaldacağına dair gözləntilər davam edir, lakin FED rəsmilərinin son şərhlərinə nəzər salsaq görərik ki, onlar azalmaların sürətinin azaltmaq istəyitrlər.

Yan Hatzius da daxil olmaqla iqtisadçıların fikrincə, bunun səbəbi işsizliyin FED-in 2024-cü il proqnozlarının altında qalması və inflyasiyanın hələ də hədəfin üzərində olmasıdır.