RU

Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz

Libraff kitab mağazalarının ev sahibliyi ilə “Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz” adlı tədbir keçirilib. Tədbir çərçivəsində şəhid övladları üçün masterclass, analar üçün isə psixoloq, pedaqoq və həkim seminarı təşkil edilib.

Tədbirin məqsədi şəhid ailələrinə mənəvi dəstək olmaq, şəhid övladlarının sosial inkişafına təkan vermək və analara psixoloji dəstək göstərməkdir. Tədbirdə iştirak edən Vətənim Azərbaycandır.az saytının rəhbəri Kamran Orucov və Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov və birliyin üzvləri də bu təşəbbüsün vacibliyini vurğulayılar.

Daha sonra Bakı şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin müdiri, eyni zamanda Vertera Azərbaycan şirkətinin direktoru Səidə Əhmədova, TELAN Tədris Mərkəzinin direktoru Gülnarə Cəbiyeva və baş psixoloqu Fazilə Camalova şəhid ailələrinə göstərdikləri xidmətlərdən və onlara hər zaman pedeqoji və psixoloji dəstək verməyə hazır olduqlarından danışıblar.Tədbirdə iştirak edən Könül Mahirqızı və həkim Güleyşə Xəlilova maarifləndirici çıxış ediblər.

Tədbirin sonunda şəhid ailələrinə və uşaqlarına hədiyyələr təqdim olunub.

Избранный
24
xalqqazeti.az

1Источники