RU

Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır

Avropa İttifaqı Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.

APA-nın Tbilisi müxbiri “Radiotavisupleba”ya (Azadlıq radiosunun Gürcüstan xidməti) istinadən xəbər verir ki, Aİ-nin Xarici İşlər Şurasının bu gün keçirilən iclasında Gürcüstanın diplomatik pasportları üçün vizasız səyahət rejiminin dayandırılması prosedurunun başlanılması səs çoxluğu ilə dəstəklənib.

Şura Avropa Komissiyasına məsələ ilə bağlı rəsmi sənəd təqdim etməyi tapşırıb. “Azadlıq radiosu"nun məlumatına görə, Avropa Komissiyası artıq bu məsələ ilə bağlı işə başlayıb və yaxın bir neçə gün ərzində rəsmi sənədi təqdim edəcək.

“Politico”nun məlumatına görə, müvafiq qərara Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, eyni zamanda Aİ-nin Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas lobbiçilik edib. Lakin Macarıstan və Slovakiya qərara qarşıdır. Gürcüstanla bağlı müzakirələr başa çatdırılsa da, Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü davam edir. Şuranın iclası bitdikdən sonra mətbuat konfransı keçiriləcək.

Избранный
29
4
azpolitika.info

10Источники