RU

Paşinyan Putindən vahid enerji bazarı umur, KTMT-ni isə süngüləyir...

Image

Ermənistanın baş naziri Aİİ-dən ucuz enerji almaq fikrindədir

Paşinyan Aİİ-də ümumi enerji bazarının formalaşdırılması üçün kompromislərə ehtiyac olduğunu güman edir. Aİİ ilkin olaraq, ümumi enerji bazarı da daxil olmaqla, ümumi məkanların yaradılması məntiqilə yaradılıb və inkişaf etməkdə davam edir. 

Lakin praktikada bu prinsipin həyata keçirilməsi müxtəlif çətinliklərlə üzləşir, nəticədə elan edilmiş təşəbbüslərin bəziləri tam fəaliyyət göstərmir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

“Bu sektorun mürəkkəb strukturunu nəzərə alsaq, ümumi enerji bazarının formalaşmasının səmərəliliyi və vaxtında olması tərəflərin kompromis həllər tapmaq istəyindən asılıdır. Əminəm ki, sistemli yanaşma, maraqların əlaqələndirilməsi və güzəştə getmək istəyi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həmçinin ümumi enerji bazarının yaradılması prosesinin sürətləndirilməsinə kömək edəcək”, - deyə baş nazir qeyd edib.

O, Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqının fəaliyyətinin səmərəliliyinin və praktiki nəticələrinin artırılmasına yönəlmiş qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu vurğulayıb. 

Məlumdur ki, Ermənistan Aİİ-nin verdiyi imkanlar hesabına alyansın üzvü olan ölkələrlə iqtisadi əlaqələri sıxlaşdıraraq öz iqtisadiyyatını dirçəltməyə nail olub. Aİİ-yə üzvluk sayəsində Ermənistanın ötən il iqtisadiyyatı 8,3 faiz artıb. İlin əvvəlinə olan proqnozlara görə isə, erməni iqtisadiyyati bu il 7 faiz artacaq. Lakin real rəqəmlər bu proqnozu 20 faizə qədər üstələyə bilər. Yəni Ermənistanda bu il UDM-in artım tempi yenə 8 faizin üstündə ola bilər.

Bütün bu iqtisadi uğurları Ermənistana Rusiyanın patronajlığı ilə yaradılan Aİİ-nin üzvlüyü bəxş edib. Lakin Ermənistan bu gəlirlərə və mənfəətə rəğmən, Rusiyanın təşəbbüsü ilə yaradılan KTMT hərbi-siyasi birliyindən üz döndərməkdədir. Bu yaxınlarda bəlli oldu ki, Ermənistan Aİİ-dən külli miqdarda qazanc əldə etsə də, KTMT-yə üzvlük haqqi ödəmir.

İndi isə Nikol Paşinyanın iştahası bir qədər də artıb. O hesab edir ki, Aİİ çərçivəsində güzəştli enerji bazarı yaratmaq olar və Ermənistan da bu ittfaqın üzvu kimi həmin enerji bazarından ucuz qiymətə enerji resursları ala bilər.

Bir tərəfdən də Paşinyan Putini şirnikləndirir ki, bu yolla ittifaq dövlətlərini daha güclü bağlarla bir-birinə, əsasən də Rusiyaya bağlaya bilər. Sözsüz ki, Aİİ çərçivəsində enerji bazarı yaradılacaqsa, burada resursların qiyməti dunya bazarındakı qiymətlərdən ucuz olmalıdır. Bu da kasıb Ermənistanın işinə yarayır.

Digər tərəfdən də Rusiyanın buna imkanları var. Çunki ABŞ və Avropanın sanksiyalarından dolayı Rusiya onsuz da nefti və qazı Çinə və digər ölkələrə su qiymətinə satir. Heç olmasa bunu Aİİ ölkələrinə ucuz qiymətə satıb, öz nüfuzunu qaldira bilər.

İndiki şəraitdə Paşinyanın təklifi həm Ermənistan üçün, həm də Rusiya üçun sərfəlidir. Belə bir enerji bazarının yaradılması Moskvaya siyasi, İrəvana isə iqtisadi dividendlər gətirə bilər.

Akif NƏSİRLİ





Избранный
35
50
baki-xeber.com

10Источники