Tbilisidə aksiyalar zamanı həbs edilmiş Gürcüstanın əsas müxalifət koalisiyası – “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Qvaramiya azadlığa çıxıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, inzibati həbs müddəti bitən Qvaramiya saxlanıldığı Marneuli təcridxanasını tərk edib.
O, Tbilisidə mitinq keçirilən əraziyə gedəcəyini deyib.
Xatırladaq ki, Nika Qvaramiya dekabrın 4-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, 12 sutka inzibati həbs cəzası alıb.