Avropa Birliyi Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırır.
Axar.az xəbər verir ki, bununla bağlı AB-nin Xarici İşlər Şurasının iclasında prosedur dəstəklənib.
Qeyd olunub ki, Avropa Komissiyası sözügedən istiqamətdə işə başlayıb və yaxın bir neçə gün ərzində rəsmi sənədi təqdim olunacaq.