RU

“Gözəl görünməlisən ki, tamaşaçı zövq alsın, yoxsa…” – Vüsalə Əlizadə

Zaman-zaman paylaşımları, geyim tərzi və açıqlamaları ilə gündəm olan, tanınmış aparıcı Vüsalə Əlizadə OLAY-la həmsöhbət olub. 

Xəzər TV-də “İncə səhər” veirlişini aparan Vüsalə işinin çətinliklərindən danışıb:

“Səhər proqramının aparıcısı olanlar bilirlər… Mən də başqa kanallarda səhər verilişlərinin aparıcısı olmuşdum. Artıq söz vermişdim ki, səhər efiri istəmirəm. Lakin mümkün olmadı. Şərtlər belə oldu ki, işim səhər saatlarında oldu. O qədər çətindir ki, səhər tezdən oyanmaq, tamaşaçının qarşısına çıxırsan deyə, mütləq baxımlı olmalısan. Heç kim maraqlanmır ki, sən gec yatmısan, səhər duracaqsan, gözün şiş olacaq. Bunlar heç biri keçərli deyil. Çalışmalısan, gözəl görünəsən ki, tamaşaçı sənə baxıb zövq alsın”. 

V. Əlizadə sosial şəbəkələrdə yazılan neqativ şərhlərdən də söz açıb:

“Mümkünsüzdür ki, hamı bizi bəyənsin, hamı etalon ola bilməz, sevilə bilməz. Hamı tərəfindən müsbət qarşılannmaq məcburiyyəti yoxdur. Təbii ki, sevənlər kimi sevməyənlər də var. Əvvəl qıcıq olurdum. İndi oxumuram, münasibət bildirmirəm. İndi bu vərdişləri, düşüncələri özümdən kənar tutmuşam. Görürəm ki, belə daha yaxşıdır”.

Избранный
9
1
millitv.net

2Источники