RU

“Neftçi”dən XƏBƏR VAR - Abasov onu da yanına gətirmək istəyir

“Sumqayıt”ın şərəfini qoruyan Rövlan Muradovun xidmətində maraqlı olan klubların adı məlumdur.

26 yaşlı universal futbolçunu ikisi bölgə təmsilçisi olmaqla Premyer Liqanın üç klubu heyətinə qatmaq istəyir.

Siyahının başında “Neftçi” dayanır. Ötən ilin yayında məhz Samir Abasovun şəxsi istəyi ilə “Qəbələ”dən “Sumqayıt”a cəlb olunan Rövlanı, 46 yaşlı çalışdırıcı hazırkı iş yerində də sərəncamında görmək istəyir.

“Turan Tovuz”un cavabdehi Kurban Berdıyev də sağ cinahdakı rəqabəti Muradovla artırmaq niyyətindədir.

Faiq Hacıyevin bu mövqedə tək qaldığını nəzərə alsaq, Berdıyevin bəyəndiyi futbolçu ilə bağlı klub rəsmilərinə məlumat verməsi anlaşılandır.

Növbəti ad “Kəpəz”dir. Premyer Liqada qalmağı hədəfləyən komandanın çalışdırıcısı Azər Bağırov qış fasiləsində əsasən yerli futbolçularla maraqlanır. Bir neçə namizədin arasında Rövlan Muradov da var.

Bu klublar transfer istəyinə nail olmaq üçün ilk növbədə “kimyaçılar”ın rəhbərliyi ilə razılığa gəlməlidir. Çünki səbəbkarın müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

Muradov sumqayıtlıların heyətində bütün yarışlarda meydana çıxdığı 55 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Избранный
41
sportinfo.az

1Источники