RU

“Qarabağ”da Bədavi Hüseynov da sıradan çıxdı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın daha bir mərkəz müdafiəçisi – Bədavi Hüseynov da sıradan çıxıb.

Arena.az xəbər verir ki, təcrübəli müdafiəçi bu gün Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la ev oyununda zədə alıb.

Ağdam klubunun kapitanı görüşün 27-ci dəqiqəsində zədələnib. Əzələsini dartan 33 yaşlı futbolçu məcburi əvəzlənib. Onun yerinə meydana Elvin Cəfərquliyev daxil olub. Belədə “Qarabağ”da mərkəz müdafiəçisi qismində əslində doğma mövqeyi cinah müdafiəsi olan Mateus Silva ilə Toral Bayramov oynamağa başlayıblar.

Xatırladaq ki, əvvəlki matçlarda “Qarabağ”da əsas komandanın digər iki mərkəz müdafiəçisi – Kevin Medina ilə Bəhlul Mustafazadə də zədə almış və uzun müddətə sıradan çıxmışdılar. Bədavi zədəlilər sırasına qoşulan Ağdam klubun sonuncu mərkəz müdafiəçisi olub.

Bədavi Hüseynov 2012-ci ilin avqust ayından “Qarabağ”da çıxış edir. 33 yaşlı futbolçu Ağdam klubunun heyətində 347 oyuna çıxıb, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bədavi “Qarabağ”ın heyətində 10 dəfə Azərbaycan çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb.

Избранный
38
4
arena.az

4Источники