RU

Rusiyaya qaçan Bəşər Əsəddən ilk açıqlama: İstefa verməyi düşünmürdüm

Suriyada müxaliflərin Dəməşqə nəzarəti ələ keçirməsi ilə 53 illik Əsəd rejimi bitdikdən sonra Bəşər Əsəd ölkəsini tərk edib.

Turkustan.az xəbər verir ki, Əsəd Dəməşqdən qaçdıqdan sonra verdiyi ilk açıqlamada, “Dekabrın 8-nə qədər ölkəni tərk etməyi və ya istefa verməyi düşünmədim” deyib.

Suriyada 61 illik Baas və 53 illik Əsəd rejimi müxalif qrupların 12 günlük irəliləyiş nəticəsində paytaxt Dəməşqə nəzarəti ələ keçirməsi ilə sona çatdı. Dekabrın 8-də Dəməşqi tərk edən devrilmiş lider Bəşər Əsəd ilk dəfə açıqlama verib.

Suriya Rəyasət Heyətinin Telegram kanalında verilən açıqlamada Bəşər Əsədin bəyanatı dərc olunub.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Bəşər Əsəd dekabrın 8-i səhər saatlarına qədər Dəməşqdə qalıb. "Mənim Suriyanı tərk etməyim müharibənin son saatlarında baş verib"-deyə, o, bildirib.

Əsəd Dəməşqə daxil olanda Rusiyanın koordinasiyası ilə Latakiyaya getdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
45
turkustan.az

1Источники