ABŞ-ın 2024-cü il hərbi büdcəsi 909,5 milyard dollar təşkil edir.
Musavat.com xəbər verir ki, bu hesablamanı Rusiya Müdafiə Nazirliyi aparıb.
Nazirliyin bu hesablamasına dair məlumat Rusiya müdafiə nazirinin Rusiya hərbi idarəsinin genişləndirilmiş kollegiyasının iclasında məruzəsində açıqlanıb.
Məruzədə Şimali Atlantika Alyansının əsas ölkələrinin büdcələri göstərilir. Bildirilir ki, ABŞ-ın hərbi büdcəsi 909,5 milyard dollar, Almaniya 97 milyard dollar, Böyük Britaniya 82 milyard dollar, Fransa 63 milyard dollardır.
Musavat.com