RU

Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili hökumət başçısı ilə görüşəcək

“Mövcud keçici hökumətlə işləməyə başlamışıq”.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

Memiş bildirib ki, dekabrın 17-də müxalifət lideri, keçici hökumət başçısı Əhməd əl-Şara ilə görüşəcək:

“Onlarla birlikdə işləyəcəyimiz üçün bu görüş baş tutacaq. Bilirsiniz, bu hökumət keçicidir. Qısa zamanda konstitusiya ilə bağlı işləri tamamlayıb demokratik prosesi başlatmaqla bağlı açıqlamalar veriblər. Bu çərçivədə onlara prosesi reallaşdırmağa dəstək olmaya çalışacağıq.”

Qeyd edək ki, Burhan Koroğlu bu gün Sednaya həbsxanasını ziyarət edib.

Избранный
32
yenicag.az

1Источники