RU

ABB səhmdarlarının ümumi yığıncağı keçirilib

13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda ABB-nin nizamnamə kapitalı bankın səhmlərinin kütləvi emissiyası nəticəsində əldə edilmiş vəsaitlər hesabına artırılaraq 1 281 271 392.54 manata çatdırılıb.

Bankın nizamnaməsi yeni redaksiyada təsdiqlənib. Bununla yanaşı, Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.

Qeyd edək ki, bu, ABB səhmlərinin kütləvi emissiyasından sonra bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları üçün gündəlikdəki məsələlər üzrə elektron qaydada səsvermədə iştirak imkanı yaradılıb. Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına, kağız daşıyıcılarından istifadənin minimuma endirilməsinə imkan verir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Избранный
51
17
qafqazinfo.az

10Источники